M.Ferstappen Mercedes-ə keçmək istəyir?

Red Bull komandasının sürücüsü Maks Ferstappen gələcəkdə Mercedes-ə keçə biləcəyini istisna etməyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücünün komandası ilə müqaviləsi 2020-ci ilin sonunda bitəcək və gənc sürücünün Mercedes-ə, ya da Ferrari-yə keçəcəyi iddia olunur.

Maks Ferstappen: “Ferrari ilə danışıqlar aparmıram. Onlarla Lyuis danışıqlar aparır. Mercedes barədə də hazırda çox düşünmürəm. Amma hər şey ola bilər.

Hazırkı komandamda özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Onsuz da hamımız qalib gəlmək istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*