23 Yanvar 2019, Çərşənbə - 20:03

M.Arrivabene: “Təslim olmayacağımızı göstərdik”

M.Arrivabene: “Təslim olmayacağımızı göstərdik”

Müəllif: Rauf Hacıyev, redaktor

11:38 - 26 İyul, 2016

Arrivabene bildirib ki, hər iki sürücüsünü də Macarıstan yarışından sonra təbrik edib…

F-1.az xatırladır ki, Sebastyan Fettel Macarıstandakı sıralanma turunda 5-ci, Kimi Rəykkönen isə 14-cü yeri tutmuşdu. Amma Ferrari yarışda taktiki cəhətdən mükəmməl gedişlər etmiş və almaniyalı sürücü yarışı 4-cü, Rəykkönen isə 6-cı yerdə bitirmişdi.

Mauritsio Arrivabene: “Bu gün bütün komanda əla işlədi. Biz yenə də göstərdik ki, təslim olmayacayıq. Komandamla fəxr edirəm. İki sürücümüz də əla yarışdı. Sıralanma turunda yaxşı nəticə göstərsəydik, podiumda ola bilərdik. Kimi yarışın əvvəlindən sonuna qədər tempini itirmədi. Ötmənin çətin olduğu trasda strategiya hesabına önünü açmağa çalışdıq və o da öz üzərinə düşən işi yaxşı gördü.

Podiumda olmadığımız müddətdə xoşbəxt ola bilmərik. Yenə də sona qədər mübarizə apardıq. Bunu görmək gözəl oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 231
Teqlər , , ,
Paylaş

logo