M.Arrivabene: “Mercedes AMG-nin gücünü son 4 gündə görəcəyik…”

Bu mövsüm Ferrari ilə Mercedes AMG arasında böyük bir mübarizə gözlənilir. Lakin Mercedes AMG ilk testlərdə sürətli dövrələr vurmasa da, çempionluğa əsas namizəd olacağının siqnallarını verir...

F-1.az xəbər verir ki, Ferrari-nin rəhbəri Mauritsio Arrivabene Mercedes AMG-nın hələ də real gücünü göstərmədiyini düşünür: “Biz sualı belə qoymalıyıq: Biz nə qədər güclüyük? Eyni zamanda, Mercedes AMG nə qədər güclüdür? Futbol dili ilə desək, top onların ayağındadır və biz topu onlardan ala bilməliyik.

İndiki vəziyyətdə onlarla müqayisə aparmaq çətindir. Qarşımızdakı 4 gün ərzində kimin nə dərəcədə güclü olduğunu daha yaxşı görə biləcəyik. Bütün şirkətlərdə olduğu kimi, bizim başçımızın da bəzi hədəfləri var. O, haqlı səbəblərdən qarşımıza çatmalı olduğumuz hədəflər qoyub…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*