23 Avqust 2019, Cümə - 08:45

L.Strollun idealı kim olub?

L.Strollun idealı kim olub?

Müəllif: Rauf Hacıyev, redaktor

13:17 - 18 Fevral, 2017

Williams komandasının gənc sürücüsü Ləns Stroll bildirib ki, uşaq vaxtı onun idealı Mixael Şumaxer olub.

F-1.az xatırladır ki, kanadalı sürücü Avropa Formula3 seriyasında mükəmməl performans göstərmiş və Williams komandasına transfer olunmuşdu. 18 yaşlı sürücünün komanda yoldaşı Felipe Massa olacaq.

Ləns Stroll: “Özümü əsl yarış ailəsinə qoşulmuş kimi hiss edirəm. Williams-ın ilk bolidini gördüm. Daha sonra Montoyanın və Prostun bolidlərini gördüm. Bu doğrudan da mükəmməl idi. Özümü tarixin içində hiss etdim. Balaca olanda yarış qəhrəmanım Şumaxer idi. Jak Vilnöv çempion olanda mən dünyaya gəlməmişdim. Yenə də keçmişdən bir az xəbərim var. Mənsell və Prostun bəzi yarışlarını izlədim.

2017-ci il çətin olacaq. Yeni bolidlər, yeni qaydalar. İlk mövsümümdə çempionluğa yox, yaxşı nəticələrə fokuslanacam. Formula1 sürücüsü olmaq yuxu kimidir. Melburnda ilk sərbəst yürüşlərə, sıralanma turuna və yarışa çıxmaq… Bu doğrudan da inanılmazdır. Necə hiss etdiyimi deyə bilmərəm, çünki mən də bilmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 798
Teqlər , ,
Paylaş

logo