L.Həmilton: Şumaxerin rekordunu təkrarlamaq mümkündür, amma…

Macarıstanda karyerasının 90-cı poulunu alaraq bu sahədə rekordunu daha da əlçatmaz edən Lyuis Həmilton komandasına təşəkkürünü bildirib.

F-1.az xəbər verir ki, britaniyalı sürücü Macarıstanda daha əvvəl 7 dəfə qalib gəlib və sabah da yarışı qazanacağı halda əfsanəvi Mixaeı Şumaxerin eyni trasda ən çox qələbə rekordunu təkrarlayacaq.

Lyuis Həmilton: “90-cı poul – Möhtəşəmdir! Mercedes əməkdaşları ilə işləməkdən məmnunam, onlar olmasaydı bunu əldə edə bilməzdim. Bazada və burada işləyən hər kəsə təşəkkür edirəm. Bottas mənim işimi mümkün qədər çətinləşdirməyə çalışdı, mükəmməl və səhvsiz dövrə vurmalı idim. Belə mübarizələri sevirəm.

Trasda özümü maşınla bir parça kimi hiss etdim. Eyni trasda 8-ci qələbə və Mixael Şumaxerin uğurunun təkrarı? Startdan ilk döngəyə qədər olduqca uzun düzlük var. Qələbəyə zəmanət yoxdur. Bu gecə yaxşı hazırlaşmalıyıq və sabah əla start almalıyıq. Yarış uzundur və havanın necə olacağını bilmirik, lakin komandamın dubl etməsi üçün əlimdən gələni edəcəm”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*