L.Həmilton: Əlimdən gələni etdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton əlindən gələni etdiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, bir neçə dəfə fərqli strategiyalardan istifadə edib, lakin doğma publikası önündə çıxış edən Ferstappeni keçə bilməyib.

Lyuis Həmilton: “Əla yarış idi və azarkeşlərdən razıyam. Düzünü desəm, əla həftəsonu oldu. Maks gözəl performans göstərdi və onu təbrik edirəm. Bu gün əlimdən gələni etdim, ancaq çox sürətli idilər. Azarkeşlərə görə Niderlandda gözəl zaman keçirdim. Bizi belə qarşıladıqları üçün təşəkkür edirəm.

Bundan sonra Ferstappenə Nuh deyəcəm. Trafikə girəndə önündəkilər yol açırdılar. Trafiklə mübarizə aparmaq çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*