K.Rəykkönen cümə günü KERS-dən istifadə etməyəcək

Kimi Rəykkönen jurnalistlərə təsdiq edib ki, cümə sərbəst yürüşlərində KERS-dən istifadə etməyəcək, amma komanda eyni sistemi Felipe Massanın maşınına quraşdıracaq. […]

Kimi Rəykkönen jurnalistlərə təsdiq edib ki, cümə sərbəst yürüşlərində KERS-dən istifadə etməyəcək, amma komanda eyni sistemi Felipe Massanın maşınına quraşdıracaq. BMW Sauber komandasında olduğu kimi bölgüyə səbəb sürücülərin çəki fərqidir – KERS qoyulduqda finlandiyalı sürücünün maşınında optimak balans və çəkipaylanmasınə əldə etmək mümkün olmur. Komanda Kimi üçün F60-ın yüngülləşdirilmiş versiyasını hazırlayıb, yeni şassi dünən kərş-testdən keçib, amm bu cümə sərbəst yürüşlərində Rəykkönen KERS-siz yarışacaq…

Kimi Rəykkönen: “Sabah mən KERS-dən istifadə etməyəcəm, komanda sistemi digər maşına qoyacaq, biz toplanmış məlumatları müqayisə edəcəyik və qərar qəbul edəcəyik. Bəzi traslarda KERS üstünlük verir, amma sistemsiz maşın Şanxay sıralanma turunda pis görünmürdü – demək olar ki, mən fərq hiss etmədim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*