Krək: Sürücülər yarışmalıdırlar

Aston Martin komandasının yarış direktoru Mayk Krək Sinqapurda Fernando Alonsonun yenidən Dakar marafonunda iştirak etməyə hazırlaşması və gələn il Le Manda çıxış edə biləcəyi ilə bağlı şayiələri şərh edib…

Mayk Krək: “Mən sürücülərin digər yarışlarda iştirakına heç vaxt etiraz etməmişəm. Şəxsən mənim bundan xoşum gəlir. Bu, həm onlar, həm də ümumilikdə avtoidman üçün yaxşıdır.

Robert Kubitsa və Kimi Rəykkönen rallidə çıxış ediblər, Maks Ferstappen və Ləns Stroll isə GT3-də. Fernandonun gələn mövsümlə bağlı nə qərar verəcəyini dəqiq deyə bilmərəm, amma ümumilikdə bu onun yarışlara necə yanaşdığını, mübarizəyə nə dərəcədə kökləndiyini göstərir.

Le Man? Buna hə, ya yox deyən mən deyiləm, ona görə də bunu təsdiqləyə bilmərəm. Şəxsən mən hesab edirəm ki, bu, yaxşıdır – sürücülər yarışmalıdırlar”.