K.Çandhok Hispania komandasının sürücüsüdür

26 yaşlı hindistanlı sürücü Karun Çandhok 2010-cu ilin Formula1 mövsümündə iştirakçıalr siyahısında boş qalmış son yeri tutub. Sürücü və HRT […]

26 yaşlı hindistanlı sürücü Karun Çandhok 2010-cu ilin Formula1 mövsümündə iştirakçıalr siyahısında boş qalmış son yeri tutub. Sürücü və HRT komandası arasında müqavilənin bağlanması barədə komandanın Mursiyada bu gün planlaşdırdığı təqdimat mərasimindən bir az əvvəl məlum olub.

Kolin Kolles: “Biz sürücülərimizi müəyyən etdik – sükan arxasında Bruno Senna və Karun Çandhok oturacaqlar. Karunun GP2-də nəticələri bizdə xoş təəssürat oyatdı. Hindistan böyük ölkədir və biz şadıq ki, gələn il ilk Hindistan Qran Prisinin startına milli sürücü çıxara bilərik.

İndi bizdə hər şey qaydasındadır, komandanın adını da dəyişdik və inanıram ki, bu il biz əla nəticələr göstərəcyik.”

Çandhok karyerasını 2000-ci ildə başlayıb və elə ilk cəhddən milli Mariti Formulasında qalib gəlib, daha sonra Asiya Renault 2.0 Formulasında qalib gələrək Avropaya köçüb. Britaniyanın F3 və Dünya Renault seriyalarında çıxış etdikdən sonra 2006-cı ildə Asiyaya qayıdaraq ən nüfuzlu Renault V6 Formulasında çempion olub. Bundan sonra GP2 seriyasına keçib və üç ildə iki qələbə qazanıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*