K.van der Linde ikinci yarışda Fryaynsı əvəz edəcək

Formula E-də mövsümün Səudiyyə Ərəbistanında baş tutacaq ikinci mərhələsində ABT komandasında Robin Fryaynsı Kevin əvəz edəcək.

F-1.az xatırladır ki, Robin keçən şənbə günü Mexikoda keçirilən yarışın ilk dövrəsində zədələnib və bir neçə əməliyyat keçirməli olub. İndi isə sağalma prossesindədir.

Van der Linde simulyatorunda işlədiyi komandanın bazasına gəlib. 26 yaşlı sürücü artıq ABT-də çalışıb, 2021 və 2022-ci illərdə DTM-də komandanın sürücüsü olub. Kelvinin Formula E bolidini idarə etmək təcrübəsi var – 2020-ci ildə Mərakeşdə gənc sürücü testlərində iştirak edib.

Kelvin van der Linde: “Formula E-də yarışmaq arzusunda idim, amma təbii ki, başqa şəraitdə debüt etmək istəyirdim. Robin üçün çox üzgünəm və ümid edirəm ki, o, tezliklə sağalacaq. Mənə etimad göstərildiyi üçün şadam və belə çağırışlara hazıram. İxtiyarımda bir neçə günüm var və Robini mümkün qədər yaxşı əvəz etmək üçün əlimdən gələni edəcəyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*