K.Sayns yeni motora keçəcək

Ferrari komandasının sürücüsü Karlos Sayns bu həftəsonu İtaliyada yeni motora keçəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü indi istifadə etdiyi motoru Fransada götürmüşdü. Buna görə də 28 yaşlı pilotun İtaliyada yeni motora keçməsi gözlənilirdi.

Karlos Sayns: “Bu həftəsonu ən geridən başlamalı olacam. Təbii ki, yaxşı hal deyil, çünki ön tərəfdə mübarizə aparıb azarkeşlərimizi sevindirmək istəyərdim.

Lakin Fransasda da geridə başlayıb çoxlu ötmə etdim və komandaya yaxşı xallar qazandırdım.

Hava kisəsinin nə qədər xeyir verdiyini gördük. Buna görə də əlimdən gələni edib, komandanın poul almasına kömək edəcəm. Şarl mənə Belçikada kömək etmişdi və mən də eynisini ona edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*