21 Noyabr 2019, Cümə axşamı - 07:24

K.Sayns hansı sistemdə idman edir?

K.Sayns hansı sistemdə idman edir?

Müəllif: Rauf Hacıyev, redaktor

15:17 - 11 Fevral, 2017

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, yeni mövsümə hazırlaşmaq üçün ən çətin idman proqramlarından birini tətbiq edir.

F-1.az xatırladır ki, yeni mövsümdə reqlamentdə ciddi dəyişikliklər olacaq və təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsi çoxalacaq. Buna görə də bəzi döngələrin artıq düzlüyə çevriləcəyi deyilir. Bu da o deməkdir ki, sürücülər artıq daha çox G qüvvəsinə məruz qalacaqlar.

Sürücülər yeni mövsümə daha yaxşı hazır olmaq üçün məşq zalında daha çox vaxt keçirməyə başlayıblar. Sayns da artıq ağır bir proqrama başlayıb və inanır ki, yeni mövsümdə bu, ona kömək edəcək: “Əgər 2016-cı ildəki məşq proqramına riayət etsək, onda yeni mövsümdə daha çox çətinlik çəkərik. Buna görə də yeni bir proqramla 2017-ci ilə hazırlaşıram. 50 dəqiqəlik məşqin əvəzinə bir yarış müddəti olan saat yarımlıq sessiyalara keçmişəm. Bundan başqa kardio və boks da edirəm. Yeni mövsümə fiziki cəhətdən hazır olmaq əsas məsələlərdən biridir. Xüsusən də, boynumuzu çox gücləndirməliyik. Məşq zalında idman etdikdən sonra kartinqlə məşğul oluram. Beləliklə, yarışlardakı yüklənməyə hazır oluruq və buna öyrəşməyə çalışırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 771
Teqlər ,
Paylaş

logo