16 Oktyabr 2019, Çərşənbə - 01:20

K.Maqnussen Renault ilə danışıqlar aparır

K.Maqnussen Renault ilə danışıqlar aparır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:44 - 13 Yanvar, 2016

Britaniyada dərc olunan The Telegraph qəzeti bu gün yazıb ki, McLaren komandasının keçmiş sürücüsü Kevin Maqnussen Renault ilə 2016-cı il üçün mqavilə danışıqları aparır. Qəzetin bildirdiyinə görə, keçən həftə danimarkalı sürücü Enstounda komandanın bazasına baş çəkib və komandanın rəhbərliyi ilə görüşüb.

F-1.az xatırladır ki, Renault komandası keçən ilin sonunda Colion Palmer və Pastor Maldonado ilə qarşıdakı mövsüm üçün müqavilələrini təsdiq etmişdi, amma üçüncü sürücü vakansiyası hələ də vakantdır. Çox güman ki, Kevin məhz ehtiyat sürücü vakansiyasını tutmaq istəyir, amma The Telegraph hesab edir ki, Kevin Maldonadonun yerinə namizəd də ola bilər. Deyilənlərə görə, Pastorun müqaviləsi sual altındadır, çünki onun əsas sponsoru olan Venesuaelanın PDVSA neft şirkətinin qeyri-stabil siyasi durum və neftin bazar qiymətinin aşağı düşməsi səbəbilə problemləri var.

Renault komandası şərh verməkdən boyun qaçırıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 545
Teqlər , , , , , ,
Paylaş

logo