23 Oktyabr 2019, Çərşənbə - 07:29

İsveçrəlilər Sauber komandasını alıblar!

İsveçrəlilər Sauber komandasını alıblar!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:57 - 20 İyul, 2016

İsveçrənin Longbow Finance SA sərmayə şirkəti Sauber Holding AG. holdinqinin 100% səhmlərini əldə edib. Bütün müvafiq sənədlər artıq imzalanıb.

F-1.az xatırladır ki, bir neçə həftə əvvəl komanda təsdiq etmişdi ki, uzunmüddətli maliyyə böhranından yeni tərəfdaşların köməyi ilə çıxmaq mümkün olub, amma heç bir ad məlum deyildi. Bu gün isə aydın olub ki, komandanın sahibi tam dəyişib. Peter Zauber və Monişa Kaltenborn bütün səhmlərini satıblar, Peter bütün postlarını da itirib, Monişa isə Direktorlar Şurasının üzvü olmaqla komandanın başçısı postunu da saxlayıb.

Komandanın adı və holdinqin adı da dəyişməyəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 805
Teqlər , , ,
Paylaş

logo