H.Kovalaynen: “Xal qazanacağıma inanmazdım”

McLaren komandası Almaniya Qran Prisinə bir çox yeniliklər hazırlasa da, bütün yeniliklər yalnız Lyuis Həmiltonun maşınına quraşdırılmışdı, Heykki KOvalaynenin maşınında […]

McLaren komandası Almaniya Qran Prisinə bir çox yeniliklər hazırlasa da, bütün yeniliklər yalnız Lyuis Həmiltonun maşınına quraşdırılmışdı, Heykki KOvalaynenin maşınında isə yalnız ön antiqanad yenilənmişdi. Amma buna baxmayaraq yarışda sonuncu olmuş komanda yoldaşından fərqli olaraq, finlandiyalı sürücü Nürburqrinqdə bir xal qazana bilib…

Heykki Kovalaynen: “Cümə günü mənə kimsə desəydi ki, mən yarışda bir xal qazanacam – inanmazdım. Bu uik-end təkərləri qızdırmaq olduqca çətin idi, trasla effektiv ilişməni almaq olmurdu, amma hər sessiyadan sonra komanda irəliləyirdi və sıralanma turunun əvvəlində biz vəziyyəti yaxşılığa doğru dəyişdik. Bu gün KERS də uğur qazanmağa kömək etdi, indi mən səbirsizliklə Macarıstan Qran Prisini gözləyirəm – orda mənim də tam yeni maşınım olacaq. Komanda inkişafa nail olub.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*