H.Kovalaynen: “Nəticə məni məyus etdi”

Uğurla başlayan Monsa uik-endi McLaren komandası üçün uğuruszluqla başa çatıb: yarışın gedişində Lyuis Həmilton ilk üçlükdə mübarizə aparsa da, sonuncu […]

Uğurla başlayan Monsa uik-endi McLaren komandası üçün uğuruszluqla başa çatıb: yarışın gedişində Lyuis Həmilton ilk üçlükdə mübarizə aparsa da, sonuncu dövrədə maşını baryerlərə çırpıb. Heykki Kovalaynen isə startdan sonra bir neçə mövqe itirib və yarışı altıncı yerdə başa vurub…

Heykki Kovalaynen: “Nəticə məni məyus etdi. Start uğurlu alınmadı, elə ilk döngədə daxildən Barrikellonu irəli buraxdım, daha sonra bir neçə mövqe itirdim. Ümumiyyətlə, birinci pitə qədər mən hücum edə bilmirdim, çünki bərk təkərlər trasa yaxşı ilişmirdilər. Pitdən sonra vəziyyət yaxşılaşsa da, itirdiyimi geri qaytara bilmədim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*