G.Tilke Romaya gəlib

Formula1-də son zamanlar inşa edilmiş bütün trasların müəllifi olan alman arxitektor German Tilke bu həftə Romaya gəlib. La Gazzetta dello […]

Formula1-də son zamanlar inşa edilmiş bütün trasların müəllifi olan alman arxitektor German Tilke bu həftə Romaya gəlib. La Gazzetta dello Sport qəzetinin yazdığına görə, Berni Ekklstoun Romada Qran Pri keçirilməsi fikrini bəyənməsəydi heç bir vaxt Tilke Romaya küçələri təftiş etməyə yollanmazdı. Biz artıq xəbər vermişdik ki, “Daimi Şəhər”in hökumət orqanları belə bir layihəni dəstəkləyiblər və Roma praktiki olaraq 2011-ci ildə yarış qəbul etməyə hazırdır.

İtaliyanın ən mötəbər idman qəzetlərindən biri sayılan bu qəzet bildirib ki, Tilke trasın konfiqurasiyasının 3 varantını öyrənir, çox güman ki, tras şəhərin cənub-qərb rayonlarını əhatə edəcək. Layihənin büdcəsi cəmi 50 milyon Avroya qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*