A.Prost: “Formula1-in tənqidlərə yox, problemlərin həllinə ehtiyacı var…”

Son illərdə Formula1-ə olan maraq azalıb. Buna səbəb kimi Mercedes-in üstünlüyü, mübarizələrin, ötmələrin az olması və turbo mühərriklərin səsi göstərilir.

F-1.az xəbər verir ki, 4 qat dünya çempionu Alen Prost mövcud vəziyyət barədə danışıb: “İndi hamı ancaq Formula1-in problemləri barədə danışılır.  Mətbuatda gedən xəbərlərin bir çoxunu oxumaq istəmirəm, çünki orda səsləndirilən fikirlərlə razılaşmıram. Bir sahədə yox, bütün sahələrdə dəyişikliklər edilməlidir. Mühərriklərdə yeniliklər etmək kifayət deyil. Gəlirlərin bölünməsində, idman reqlamentində də dəyişikliklər vacibdir. Kiçik komandaların rəqabət apara bilmələri üçün imkanlar verilməlidir. Formula1-i tənqidlər yox, çıxış yolları xilas edə bilər”

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*