GP3 seriyasının təşkilatçıları 2016-cı il mövsümü üçün təqvimi açıqlayıblar. Mövsüm cəi 9 yarışdan ibarətdir, onlardan ikisi səfər yarışı olacaq – Malayziya və Əbu Dabi, digər yeddi yarış isə Avropada baş tutacaq.
Bütün yarışlar Formula1 həftəsonu çərçivəsində keçiriləcək. F-1.az xatırladır ki, bir qədər əvvəl dərc olunan GP2 seriyasının təqvimindən fərqli olaraq GP3 ölkəmizə gəlməyəcək…
Tarix | Şəhər, ölkə |
13-15 may | Barselona, İspaniya |
01-03 iyul | Şpilberq, Avstriya |
08-10 iyul | Silverstoun, Böyük Britaniya |
22-24 iyul | Budapeşt, Macarıstan |
29-31 iyul | Hakkenhaym, Almaniya |
26-28 avqust | Spa, Belçika |
02-04 sentyabr | Montsa, İtaliya |
30-02 oktyabr | Sepanq, Malayziya |
27-29 noyabr | Yas Marin, Əbu Dabi |