GP3-də yeni qadın sürücü…

GP3-də mübarizə aparan Arden İnternational komandası rəsmən bildirib ki, kolumbiyalı Tatyana Kalderon 2016-cı ildə GP3-də yarışacaq...

F-1.az xəbər verir ki, Tatyana Kalderon GP3 seriyasında yarışacaq 6-cı qadın sürücüdür. GP3-də daha əvvəl Samin Qomes, Karmen Xorda, Beytske Visser, Viki Piria və Elis Pouel adlı qadın sürücülər mübarizə aparıb.

FİA F3-dəki iştirakçı sayını 39 nəfərdən 24 nəfərə qədər azaldandan sonra Kalderon işsiz qalıb.

Kolumbiyalı sürücü keçən ilin sonunda Abu Dabidə keçirilən GP3 testlərində iştirak edib və 9-cu pilləni tutub.

Kalderon yeni mövsümlə bağlı fikirlərini bildirib: “Hər şey yeni olduğu üçün məni çətin bir il gözləyir. Öyrənmək üçün hazırda ən yaxşı yerdəyəm. Məqsədim hər yarış xal almaqdır. Mən və komanda yoldaşlarım bolidi təkmilləşdirməliyik. Belə etsək, uğurlu nəticələr əldə edə bilərik. Testlərdə bolidi sürmüşdüm, amma hazırda nəyə qadir olduğumuzu görmək üçün mövsümöncəsi testləri gözləməliyik.

GP3 yarışları Latın Amerikasında canlı yayımlanır. Növbəti hədəfim GP2-dir”.

Kalderonun komanda yoldaşları 2015-ci ildə FİA F3 Avropa seriyasının üçüncüsü Ceyk Dennis və 2015-ci ildə Renault 2.0 Eurocup seriyasının qalibi olan Cek Aytken olacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*