FOTA FİA-nı təcili danışıqlara çağırıb

Formula1 komandalarının assosiasiyası (FOTA) FİA-nı təcili gələn mövsüm üçün nəzərdə tutulmuş yeniliklərə həsr olunmuş danışıqlara çağırıb. Dünən komandaalrın rəhbərləri London […]

Formula1 komandalarının assosiasiyası (FOTA) FİA-nı təcili gələn mövsüm üçün nəzərdə tutulmuş yeniliklərə həsr olunmuş danışıqlara çağırıb. Dünən komandaalrın rəhbərləri London yaxınlığında Hitrouda toplaşıblar və Formula1-in inkişaf perspektivlərini və Razılıq Müqaviləsinin imzalanmasını müzakirə ediblər.

İclasdan sonra FOTA-nın yaydığı qısa bəyanatdan məlum olur ki, FOTA vahidliyini qoruyub. Komandalar federasiyanın planlarından yekdilliklə nigarandırlar, xüsusən də büdcənin məhdudlaşdırılması çempionatın iki cəbhəyə bölünməsinə səbəb ola bilər.

Bəyanatda deyilir: “FOTA konstruktiv iclas keçirib, iclasda birgə və metodik işləməyi davam etdirmək razılığı alınıb, bu iş məsrəflərin gələcəkdə azaldılmasına yönəldiləcək. EYni zamanda FOTA Ümumdünya Şurasının son iclasında qəbul etdiyi gələn ilin reqlamentindən nigaranlığını bildirir və FİA-nı təcili məsləhətləşməyə çağırır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*