FİA superlisenziyanın qiymətini aşağı salmağa razılaşıb

Bu gün FİA elan edib ki, Formula1 sürücüləri üçün superlisenziyanın dəyəri gələn ildən aşağı salınacaq. Sürücülər qiymətlərin kəskin qalxmasına qarşı […]

Bu gün FİA elan edib ki, Formula1 sürücüləri üçün superlisenziyanın dəyəri gələn ildən aşağı salınacaq. Sürücülər qiymətlərin kəskin qalxmasına qarşı aktiv çıxış edirdilər, hətta tətil keçirəcəkləri barədə şayiələr gəzirdi, amma son nəticədə federasiya tələb etdiyi məbləği bütün sürücülər ödədilər. Amma bu gün məlum olub ki, FİA prezidenti Formula1 sürücülərinin həmkarlar ittifaqının (GPDA) nümayəndələri ilə görüşüb və gələn ildən qiymətləri aşağı salmağa razı olub.

Maks Mosli: “Bizim məhsuldar görüşümüzdən sonra qərara alındı ki, Ümumdünya Şurasına gələn il çempionatda iştirak edəcək sürücülərin superılisenziyalarının yeni qiymətləri barədə təkliflər verilsin. Qiymətlərin aşağı salınması məsrəflərin azaldılmasının ümumi siyasəti ilə əlaqədardır.”

Amma superlisenziyanın qiymətinin daha ətraflı maliyyə məlumatları federasiya tərəfindən bildirilməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*