FİA Stepni və Koflənin günahlarını bağışlayıb

Bu gün FİA prezidenti Maks Mosli təsdiq edib ki, federasiya məşhur casusluq qalmaqalında cəzalandırılan mütəxəssislər – Naycel Stepni və Mayk […]

Bu gün FİA prezidenti Maks Mosli təsdiq edib ki, federasiya məşhur casusluq qalmaqalında cəzalandırılan mütəxəssislər – Naycel Stepni və Mayk Koflən barəsində məhdudiyyətlər aradan götürülüb. Formal olaraq federasiyanın mütəxəssisləri bu cür cəzalandırmasına icazə yox idi, amma buna baxmayaraq federasiya onlarla əməkdaşlıq edən bütün təşkilatlara 2009-cu ilin iyuluna kimi hər iki mütəxəssislə əməkdaşlıq etməməyi məsləhət görmüşdü. Amm bundan sonra Moslinin sözlərinə görə, mütəxəssislərdən birinin vəkilinin xahişimə görə məhdudiyyətlər aradan götürülüb…

Maks Mosli: “Bu günlərdə biz onlardan birinin vəkilindən məktub almşdıq, məktubdan mütəxəssislərin məhdudiyyətlərdən əziyyət çəkdikləri bildirilirdi. Vəziyyət doğrudan da qəribədir – bu gün iki komanda (Ferrari və McLaren) bir-birinə xoş münasibət göstərirlər. Ona görə də biz dedik ki, məhdudiyyətləri unutmaq olar.

Əslində bu qalmaqalda Stepni və Koflən şahmatdakı piyada rolunda idilər. Həmin işin bütün detalları məlum olsa idi, çxo adamlar cəzalandırılmalı idi. Amma deyəsən bütün detalları biz heç vaxt bilməyəcəyik.”

Qeyd edək ki, bu ilin əvvəlindən hər iki mütəxəssis özlərinə yeni iş yeri tapıblar – Stepni yarış maşınlarına quraşdırılan kameralar istehsal edən Gigawave şirkətində çalışır, Koflən isə Britaniyanın ən böyük transmissiya istehsalçısı olan Ricardo Transmissions şirkətinə işə düzəlib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*