Ş.Lekler: “İnkişafımız çox şişirdilir”

Sauber komadasının sürüüsü Şarl Lekler bildirib ki, ilk yarışlardakı problemlərə görə komandanın inkişafı böyük görünüb.

F-1.az xatırladır ki, Sauber komandası ilk 3 yarışda bir dəfə Erikssonla xal alsa da, Bakı yarışından sonra əksər yarışlarda finişə ilk onluqda çata bilib. Hazırda Leklerin 13, Erikssonun isə 5 xalı var.

Şarl Lekler: “Məncə, inkişaf olduğundan böyük göründü. Onsuz da maşın yaxşı idi. İlk yarışlarda yaxşı sürə bilmirdim. Performansımız mənim ucbatımdan zəif görünürdü. Sonra Bakıdan etibarən bolidin hesabına inkişaf etdik. Buna görə də böyük addım atdıq. Hazırda sıralanma turunda son sessiyaya çox yaxınıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*