F.Alonsonun Ferrari-yə keçidi: yeni şayiələr

İspaniyanın Diario AS idman qəzetində dünən dərc olunmuş məqalə yeni şayiələr dalğasını doğurub – söhbət ikiqat dünya çempionu Fernando Alonsonun […]

İspaniyanın Diario AS idman qəzetində dünən dərc olunmuş məqalə yeni şayiələr dalğasını doğurub – söhbət ikiqat dünya çempionu Fernando Alonsonun Ferrari-yə keçməsindən gedir. AS hesab edir ki, Alonsonun Ferrari-yə keçməsi rəsmən sentyabrın 11-də İtaliya Qran Prisi ərəfəsində Monsada təsdiq oluna bilər. Qəzet həm də bildirir ki, Maranello hazırkı sürücülərdən hansının ispan sürücü ilə əvəz olunmasını hələ qəti qərara almayıb, Felipe Massanı yoxsa kimi Rəykköneni – bu qərar yay yarışlarının nəticəsindən asılı olacaq…

AS hesab edir ki, adətən Ferrari mövsümün başa çatmasını İtaliyanın avtodromlarından birində qeyd edir, bu dəfə isə belə bir tədbir üçün İspaniyanın Valensiya şəhəri seçilib – bunun iki səbəbi var. Birincisi, gələn ildən Ferrari-nin yeni sponsoru İspaniyanın Santander bankı olacaq, ikincisi, bu tədbirə yerli azarkeşlərin kumiri Fernando Alonsonun qatılması gözlənilir. Düzdür, o qırmızı uniformada olmayacaq, çünki onun Renault ilə müqaviləsi yalnız dekabrın 31-də başa çatacaq.

Ferrari-nin marağı olan daha bir sürücü isə Sebastyan Fetteldir, amma alman sürücü ən yaxşı halda Maranelloya 2011-ci ildə keçə bilər, çünki onun Red Bull-la müqaviləsi bu zaman başa çatacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*