F.Kuartararo: Stüardların qərarını anlamıram

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, yarışını məhv edən Takaki Nakagaminin cəza almaması qəribədir.

F-1.az xatırladır ki, fransalı sürücü Argentina yarışının ilk dövrəsində Nakaqami tərəfindən trasdan çıxarılıb və 2021-ci ilin Dünya Çempionu son pilləyə geriləyib. Bu insidentə görə görə yaponiyalı sürücüyə cəza gəlməyib.

Fabio Kuartararo: “Stüardların qərarlarını anlamıram. Moto3 yarışını izlədim. Ayumu beşinci döngədə təmiz ötmə etdi, ancaq rəqibinə yüngülcə təmas etdiyi üçün cəza aldı. Lakin Takaqi heç bir cəza almadı. Heyif ki, eyni sürücülərdən eyni hərəkətləri görürük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*