F.Kuartararo: İstədiyimiz yerdə deyilik

Yamaha komandasının sürücüsü Fabio Kuartararo bildirib ki, zirvə yarışından hələ də uzaqdadırlar.

F-1.az xatırladır ki, Yamaha qış testlərində elə də yaxşı təsir bağışlamayıb. Onlar yeni tərkib təkrələrdə rəqiblərinə nisbətən zəif görünüblər. Belə olan halda Yamaha sürücüləri həm sıralanam turunda, həm də sprint yarışlarında geridə qala bilərlər.

Bundan başqa motosikletdə son illərdə maksimum sürət zəif idi və komanda qış ərzində bunun üzərində işləyib və qış testlərində yeni motorun sürəti pis deyildi.

Fabio Kuartararo: “Motor cəhətdən pis des deyilik. İnkişaf etmişik. Motorun təkmilləşməsini istəyirdim. İrəliyə doğru addım atmışıq, amma bəs eləmir. Qışda çox işlədilər və davam etsələr, təkmilləşəcəyik. Ancaq istədiyimiz vəziyyətdən çox uzaqdayıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*