Ə.Nyui: Bu il əla iş gördük

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, 2022-ci ildə əla iş görüblər.

F-1.az xatırladır ki, Ferrari mövsümə fırtına kimi başlasa da, Red Bull komandası 17 qələbə qazanaraq, hər iki cəbhədə titulu bayram edib.

Ədrian Nyui: “Ferrari mövsümöncəsi testlərdə sürətli idi. Ancaq ilk yarışda yaxşı yaxşı yeniliklər gətirdik. Bunun hesabına Ferrari-yə çox yaxınlaşdıq və yaxın mübarizə oldu. Bəzi yarışlarda Ferrari, bəzi yarışlarda biz sürətli idik.

Bunlardan dərs çıxarıb, mövsümün ikinci hissəsində daha balanslı və hər yerdə işləyən maşın düzəltdik. Tək sözlə əla işlədik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*