Dünya Ralli Çempionatının açılış mərasimi baş tutub

Avstriyanın Zaltsburq şəhərində Red Bull-a məxsus Anqar7 zalında Dünya Ralli Çempionatının (WRC) açılış mərasimi baş tutub.

F-1.az bildirir ki, mərasimdə FİA-nın yeni prezidenti Muhəmməd Ben Sulayem də iştirak edib. Çempionatın iştirakçısı olan 3 şirkət (Toyota, Hyundai, Ford) reqlamentə uyğun hazırladıqları yeni maşınları təqdim ediblər. Yeni reqlamentə görə builki maşınlarda 1.6 litrlik hibrid turbinli mühərriklər çalışacaq.

,