D.Kvyat: “Bolidi sürmək mümkünsüz idi”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, bolidi idarə etmək çətin olub və bunun səbəbini tapmalıdırlar.

F-1.az xatırladır ki, rusiyalı sürücü İspaniyada sıralanma turunda gözlənilmədən sonuncu yeri tutub.

Daniil Kvyat: “Bolid bu gün çox pis idi və sürmək çox çətin idi. Bəzi şeylərdə problem var idi. Bu trasda bu qədər zəif olmağımız qəbuledilməzdir. Ümid edirəm ki, sabaha qədər problemi taparıq və yarışa tam hazır olarıq. Cümə sərbəst yürüşlərində yarış tempimiz pis deyildi. İndi bilmirəm vəziyyət necə olacaq, amma əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*