D.Kulthard: Lyuis xırda səhvlər edir

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Lyuis Həmilton çox səhv edir.

 

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il Maks Ferstappenlə amansız mübarizə aparır. Həmilton 2017-ci ildən bəri bütün çempionluqlarını vaxtından əvvəl elan etmişdi. Ancaq bu il belə etməsi mümkünsüz görünür.

Devid Kulthard: “Lyuisin çoxlu xırda səhvləri oldu və hər dəfə bəxti gətirdi. İmolada çınqıllı sahəyə çıxdı, bariyerlərə çırpıldı, amma geri dönə bildi. Belə hadisələr çox olub. Rusiyada pit divarına çırpılanda maşınında problem olmadı. O, çox səhv edən deyil. İndi xırda səhvlər edir. Bu da onun təzyiq altında olduğunu göstərir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*