A.Cons: “Batton çempion rolunda pis görsənmir”

1980-ci ilin dünya çempionu Alan Cons bildirib ki, Censon Batton mövsümü başladığı kimi inamla da başa vura bilər və titulu […]

1980-ci ilin dünya çempionu Alan Cons bildirib ki, Censon Batton mövsümü başladığı kimi inamla da başa vura bilər və titulu qazana bilər. Avstraliyalı sürücünün fikrincə, Batton elə ustalıq nümayiş etdirir ki, bir az əvvəl onu tənqid edən ekspertlər utandıqlarından özlərinə yer tapa bilmirlər. Londonda dərc olunan The Sun qəzetinə müsahibəsində Alan bu il çempionun kim olmasını açıqlayılb…

Alan Cons: “Ehtimal edirəm ki, Brawn komandası uğur qazanmaqda davam edəcək. Onlar mövsümə əla başlayıblar və rəqiblərindən xeyli uzaqlaşıblar. Güman edirəm ki, Censon çempion rolunda pis görsənməyəcək.

O sübut etdi ki, biz hamımız, o cümlədən mənim özüm də, haqlı deyildik və bu yaxşdıır. İndi o xoş hisslər yaşayır.

Brawn GP-nin uğuru Formula1 üçün təmiz nəfəsdir. Maraqlıdır ki, tez bir zamanda komandanın böyük azarkeş orudusu toplanıb, amma bir ay əvvəl komanda demək olar ki, heş yox idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*