Çin-2018: Mətbuat konfranslarının cədvəli

Çin Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına Markus Eriksson (Sauber), Pyer Qasli (Toro Rosso) və Maks Ferstappen (Red Bull), cümə günü isə komanda rəhbərləri – Mauritsio Arrivabene (Ferrari), Robert Förnli (Force İndia) və Frants Tost (Toro Rosso) dəvət olunublar: komanda başçıları ikinci sərbəst yürüşlərdən sonra deyil, bu dəfə yürüşlərarası fasilədə jurnalistlərin ixtiyarında olacaqlar.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*