15 Noyabr 2019, Cümə - 16:17

Caterham F1 Team – CT01

Caterham F1 Team – CT01

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:24 - 30 Yanvar, 2012

Dünən Toni Fernandesin komandası tədimatlar seriyasına start verib. Yeni CT01 şassisinin şəkilləri təzə nəşr olunmuş F1 Racing jurnalının üz qabığında […]

Dünən Toni Fernandesin komandası tədimatlar seriyasına start verib. Yeni CT01 şassisinin şəkilləri təzə nəşr olunmuş F1 Racing jurnalının üz qabığında dərc edilib, şəkillər dərhal internetlə yayılıb. Komanda əlavə bir neçə şəkli öz saytında yayıb.

Yeni maşının mövsümə xas olan burun elementi görünür, bir çoxları belə görüntünü estetik saymasalar da, komandanın texniki direktoru Mayk Qoskoyn başqa cür düşünür…

Mayk Qoskoyn: “Bəli, reqlament dəyişib və burun elementinin hündürlüyü məhdudlaşdırılıb. Bizim işimizin çətinliyi ondadır ki, biz həmişə şassinin hündürlüyünün maksimum olmasına çalışırıq, çünki yalnız bu halda hava axını maşının altından yaxşı keçə bilir və CT01-in şəkillərində görürsünüz ki, biz necə qərar qəbul etmişik.

Bizim maşın mövsümdə birinci təqdim olunduğu üçün yəqin ki, uzun müddət müzakirə olunacaq, amma çox güman ki, belə burun elementi digər maşınlarda da olacaq – bu texniki reqlamentin tələbidir”

ct01-1
2012-ci il mövsümü üçün komandanın məqsədlərindən Toni Fernandes danışıb…

Toni Fernandes: “Mətbuatda tez-tez mənim sözlərimi xatırladırlar ki, biz ilk xalımızı qazanmaq istəyirik – bu il belə də olmalıdır. Keçən ilin sonunda biz peletonun orta komandalarına çox yaxınlaşmışdıq, amma bizim maşınlarda KERS-in olmaması bizim imkanlarımızı məhdudlaşdırırdı. Bu il yeni mütəxəssislər cəlb etmişik, uyğun infrastruktur və aerdoinamik boru qurmuşuq, ona görə də mən əminəm ki, Red Bull-dan aldığımız KERS sayəsində orta komandalar üçün ciddi rəqibə çevriləcəyik. Bəli, mən istəyirəm ki, bu il ilk xalımızı qazanaq, bəxtimiz gətirsə, iki xal da pis olmaz!”

ct01-2
Komanda Red Bull və Renault ilə başladığı əməkdaşlığı davam etdirəcək, ötürmələr qutusu, hidravlik sistem, motor, KERS çempion komandasından alınacaq, ona görə də CT01 şassisinin digər maşınlarla müqayisəsi qaçılmaz olacaq. Yeni maşının arxa hissəsi keçənilki RB7-yə oxşasa da, yeni şassi tam olaraq Mayk Qaskoyn və Mark Smit tərəfindən Hinqemdə hazırlanıb.

ct01-3
Komandanın sürücüsü Heykki Kovalaynen də mövsümdən nə gözlədiyini söyləyib…

Heykki Kovalaynen: “Biz peletonun orta komandaları ilə rəqabət aparmaq istəyirik – bu bizim məqsədimizdir. Sıralanma turunda mütəmadi olaraq ikinci sessiyaya keçmək istəyirik, adətən bizi son anda qabaqlayan komandaları keçmək istəyirik, fərqi yoxdur, Williams-ın və ya başqa bir komandanın sürücülərini. Məncə, biz gələn il özümüz orta komanda olacayıq.”

Komandanın ikinci sürücüsünün qarşıdakı mövsüm barədə fikirləri isə heç harda dərc olunmayıb. Yarno Trullinin əlində müqaviləsi olsa da, mətbuatda onun başqa bir sürücü ilə əvəz olunması barədə şayiələr çoxdam gəzir…


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 391
Teqlər
Paylaş

logo