C.Palmer: “Renault bizə şans vermədi”

Colion Palmer bildirib ki, Renault ona və Maqnussenə lazımi qədər şans verməyib...

F-1.az xatırladır ki, Renault gələn il üçün Hülkenberq ilə müqavilə bağlayıb və bu da o deməkdir ki, gələn il ya Palmer, ya da Maqnussen komandada olmayacaq.

Palmer düşünür ki, Renault onlara özlərini göstərmək üçün şans verməyib: “Düzünü danışacam. İkimizə də lazımi qədər şans verilmədi. Kevin bəzi yarışlarda güclü idi. O, 2014-cü ildə güclü bolidlə nəyə qadir olduğunu göstərdi. Mövsümün ilk yarışında ikinci oldu. İl ərzində sıralanma turunda Battonu qabaqladı. Amma iki ildən sonra hər ikimiz də problemlər yaşayırıq, çünki altımızda sürətli bolid yoxdur. Amma Maqnussen bu il əla performans göstərir.

Hər ikimiz də belə yavaş bolidə görə ikinci şansa layiqik. Amma ən azı birimiz bu şansdan məhrum olacaq. Bolid çox vaxt zəif idi. Əlbəttə, bizim də səhvlərimiz oldu, amma çox vaxt əla performans göstərdik”.

Palmer Renault-da qalmaq istəsə də, bilir ki, Force İndia onun qərarını çox gözləməyəcək: “Qətiliklə deyə bilərəm ki, Renault-da qalmaq istəyirəm, amma digər alternativlərə də baxmalıyam.

Renault-dan ayrılandan sonra haradasa yarışıb-yarışmayacağımı bilmirəm. Nəsə demək çətindir. Hər şey ola bilər. Son həftəyə qədər Force İndia komandasında yer yox idi, amma indi orada boş yer var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*