C.Palmer: Norris ulduzdur

Sabiq Formula1 sürücüsü Colyon Palmer düşünür ki, Lando Norris 2022-ci ilin ən böyük ulduzlarından biridir.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2022-ci ildə 7-ci yeri tutaraq, orta qrup pilotları arasında ən yaxşı nəticəni əldə edib.

Colyon Palmer: “Norris gözəl mövsüm keçirərək, mövsümün ən böyük ulduzlarından biri oldu. Sürücülər çempionatında rahatlıqla yeddinci yeri tutdu. McLaren isə onun hesabına Alpine ilə yeddinci yer uğrunda mübarizə apardı.

Bu il güclü komandalarla orta komandalar arasında fərq çox böyük idi. Ümid edirəm ki, fərq azalar və gələcəkdə orta qrup komandalarına daha çox fürsət düşər. Norris bu il İmolada podium əldə edərək, orta qrupdan fəxri kürsüyə çıxan yeganə pilot oldu. Onun çoxillik müqaviləsi var və komandanı təkmilləşdirmək istəyir. McLaren də inkişaf etsə, ilk qələbəsini qazana bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*