Bridgestone beş yarış üçün təkər seçimi edib

Bridgestone şirkəti mövsümün ilk beş yarışında çempionat iştirakçılarının istifadə edəcəkləri təkər tərkiblərini müəyyən ediblər. Planlaşdırıldığı kimi komandalar bir-birinə yaxın tərkiblərdən […]

Bridgestone şirkəti mövsümün ilk beş yarışında çempionat iştirakçılarının istifadə edəcəkləri təkər tərkiblərini müəyyən ediblər. Planlaşdırıldığı kimi komandalar bir-birinə yaxın tərkiblərdən istifadə etməyəcəklər: Melburn, Şanxay və Saxirdə yumşaq cütlük – SuperSoft və Medium, Sepanq və Barselonada isə bərk cütlük – Soft və Hard komandalara təklif olunacaq. Trasda iki tərkibi bir-birindən fərqləndirmək üçün daha yumşaq tərkibli təkərlər yan tərəfdən yaşıl zolaqla markalanacaq, bu rəng Bridgestone və FİA üçün ekoloji problemlərin vacibliyini tərənnüm edir.

Hirohide Hamaşima: “Reqlamentdəki radikal dəyişiklikləri nəzərə alaraq bu mövsümün maraqlı olmasını söyləmək mümkündür və mövsümdə təkərlər həlledici faktor olacaq. Yarışları daha maraqlı etmək üçün biz təkər seçimi strategiyasını, təkərlərin xarakteristikasını və işçi diapazonunu dəyişmişik. Biz FİA-nın ekologiyanı qorumaq tədbirlərini dəstəkləməsilə fəxr edirik, ona görə də yumşaq təkərlər yarışda yaşıl rənglə fərqləndiriləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*