23 Sentyabr 2019, Bazar ertəsi - 09:17

BMW Sauber F1 Team – C29

BMW Sauber F1 Team – C29

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:07 - 31 Yanvar, 2010

Bu gün yerli vaxtla saat 14:30-da BMW Sauber F1 Team komandası 2010-ci il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. […]

Bu gün yerli vaxtla saat 14:30-da BMW Sauber F1 Team komandası 2010-ci il mövsümü üçün hazırladığı yeni maşınını təqdim edib. Mərasim Rikardo Tormo adına Valensiya avtodromunun pit-leynində fotosessiya ilə başlayıb, Pedro de la Rosa və Kamui Kobayaşi pərdəni çəkiblər və jurnalistlər üzərinə heç bir sponsor loqotipi yapşdırılmamış yeni maşını görüblər – komanda təqdimat mərasiminə qədər yalnız İsveçrənin Certina şirkəti ilə müqavilə bağlaya bilib…

sau2
Peter Zauber: “Son aylar biz gərgin tempdə işləmişik. Əvvəlcə biz komandanın yaşaması üçün mübarizə aparmalı olduq, sonra isə bütün qüvvəmizi komandanın gələcəyinin təmin olunmasına yönəltdik. Amma yeni maşının texniki hazırlığı fasiləsiz davam edirdi qrafik üzrə, heç bir çətinliyə baxmadan.

Komandanın çoxdankı ənənəsi var – biz həmişə istedadlı debtüantı və təcrübəli sürücünü dəvət edirik – bu yolla həmişə uğur qazanmışıq. Pedro uzun illər top-komandada ən yüksək texniki səviyyədə çalışıb, gənc və perspektivli Kamui isə keçən il iki çıxışı ilə hamıda əla təəssürat oyadıb.”

sau3
Villi Rampf: “Yeni C29-un üzərində işləyərkən, komanda keçənilki təcrübəsinə və mövsümün gedişindkəki inkişafına əsaslanıb. Amma yanacaqdoldurmaya qadağa və qabaq təkərlərin ensiz olması maşının layihəsində ciddi dəyişikliklər tələb etdi.”

sau4
Pedro de la Rosa: “Həhayət, mən yenə də özümü tam sürücü hesab edə bilərəm. Mən trasdakı mübarizə üçün çox darıxmışdım. Eyni zamanda bu illər ərzində mən texniki məsələlərdə çox şey öyrənmişəm – indi bütün biliklərimlə komanda ilə bölüşmək istəyirəm.”

Kamui Kobayaşi: “Mən fəxr edirəm ki, Peter Zauber mənə inanıb və mən onu məyus etməməyə çalışacam. Mənim məqsədim budur ki, mövsümün sonunda o yenə də mənimlə fəxr etsin.”

sau5


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 468
Teqlər
Paylaş

logo