Force İndia F1 Team – VJM03 (video)

Mövsümöncəsi testlərin ikinci seriyasının başlamasına bir gün qalmış Force İndia komandası yeni maşınını təqdim edib. Virgin Racing komandasında olduğu kimi, […]

Mövsümöncəsi testlərin ikinci seriyasının başlamasına bir gün qalmış Force İndia komandası yeni maşınını təqdim edib. Virgin Racing komandasında olduğu kimi, bu dəfə də təqdimat virtual olub – komanda yeni maşının şəkillərini rəsmi saytında dərc edib.

VJM03 ənənəvi rəng çalarlarını saxlayıb, amma keçənilki maşınla müqayisədə burnu daha “dikəlib” və motor qapağının üzərində builki maşınlara xarakterik olan “üzgəc” qoyulub. Keçən il komanda tarixində ilk poul və podiumunu qazanmışdı, bu il isə bu uğuru bərkitməyə ümid edir…

findi5
Vicey Malya, komandanın başçısı: “Bizim məqsədimiz keçən ilin ikinci yarısında olan kimi inkişaf etməkdir, o uğuru davam etdirməkdir. İnanmıram ki, bu sözləri şişirdilmiş kimi başa düşsünlər, amma keçən ilin sonu bizim komanda üçün fantastik oldu. Statistikaya baxın – ilk poul, ilk podium, ilk ən sürətli dövrə, ilk onluqda beş start və çempionatın sonunda 13 xal. Biz öyrənirdik və nəticələr çıxardırdıq, indi biz daha güclü, effektiv olmuşuq və ümid edirik ki, bu il daha böyük uğur qazanacayıq…”

findi6
Otmar Safnauer, komandanın əməliyyat direktoru: “Stabillik – yaxşı nəticələrin əsasıdır. Bu o demək deyil ki, siz heç nəyi dəyişməməlisiniz, məsələ ondadır ki, stabil olaraq hər şeyi yaxşılaşdırmalısınız və bu zaman çalışmaq lazımdır ki, inqilab olmasın. Əgər bu stabilliyə nail ola bilsəniz kollektivin mütəşəkkil işi sayəsində çox şey qazana bilərsiniz. Xoşbəxtlikdən, bizim komandada vəziyyət bu cürdür.

Keçən il Saymon Roberts bəzi işçi prosesləri və prosedurları sazlamışdı, bundan sonra şirkət daxilində məlumat mübadiləsi qaydaya düşüb və nəticədə hər hansı bir qərarın qəbul edilməsi sürətlənib. Mən bu istiqaməti inkişaf etdirəcəm.”

findi7
Mark Smit, baş konstruktor: “Biz VJM03-ün layihəsini bizə yaxşı tanış olan Mercedes motoru və McLaren ötürmələr qutusu üzərində qurmuşuq. Əsas təchizatçılarla münasibətlər qayadaya salınıb, bütün zəruri məlumatı komanda vaxtından əvvəl alıb, nəticədə yeni maşının hazırlanması prosesi planauyğun şəkildə həyata keçib.

Əlbəttə, keçən illə müqayisədə reqlament dəyişiklikləri o dərəcədə ciddi deyil, amma aerodinamikada bir çox elementləri yenidən işləməli olduq. Düzdür, ümumilkdə bu layihə keçənilki işimizin təbii davamı oldu, amma bəzi sahələrdə biz tam yeni yollarla getdik. Maşının arxa hissəsi maksimum dəyişib, çünki bütün komandalar kimi biz də ikiqat diffuzordan istifadə zamanı təcrübə toplamışıq. Bu dəfə biz əvvəldən maşının bu hissəsini başqa cür qurmuşuq.”

findi8
Komanda Adrian Sutil və Vitantonio Liutsi ilə müqavilələri uzadıb, təqdimata bir neçə gün qalmış isə Pol di resta ilə ehtiyat sürücü müqaviləsi imzalanıb…

Adrian Sutil: “Qarşıda vacib mövsüm gəlir və biz gələcəyə nikbinliklə baxırıq. Növbəti mövsümün əvvəlində siz həmişə istəyirsiniz ki, mövsüm uğurlu alınsın, əvvəlkindən yaxşı keçsin və bu mövsümdə də biz ilk yarışlardan stabil nəticələrə ümid edirik.

Bu il bizdə hər şey qrafikə uyğun gedir, mən hiss edirəm ki, bu ilk mövsüm olacaq ki, mən ilk yarışdan son yarışa qədər öz ustalığımı sübut edəcəm.Mən orta qrupda mübarizə aparmaq istərdim və ümid edirəm ki, artıq Bəhreyndə rəqabətədavamlı olacayıq.”

findi9
Vitantonio Liutsi: “il yarım test və ehtiyat sürücü olduqdan sonra mən hiss edirəm ki, yarışlara qayıtmağa hazıram – həm fiziki, həm də mənəvi cəhətdən. Mənim məqsədim maksimum stabilliyə nail olmaq, komanda ilə effektiv qarşılıqlı işləmək və maşının mövsümün gedişində təkmilləşməsinə kömək etməkdir. Xal qazanamq həmişə vacibdir, amma bütün faktorları bir yerə cəm edə bilsək, daha çox qazana bilərik.

Bu il mənim üçün hər şey yenidən başlayır. Mən dəyişmişəm, mən başqayam, çempionatın startını səbirsizliklə gözləyirəm. Mən hələ gəncəm, hələ çox şeyi sübut etməliyəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*