B.Ekklstoun Fetteli Ferrari-yə elçiləyir

Bu həftə Formula1-in kommersiya başçısı Skuderiyanın dağ kurortu Madonna di Kampilyoda təşkil etdiyi ənənəvi bayrama baş çəkib və onun bayrama […]

Bu həftə Formula1-in kommersiya başçısı Skuderiyanın dağ kurortu Madonna di Kampilyoda təşkil etdiyi ənənəvi bayrama baş çəkib və onun bayrama gəlişi mətbuatın canlı marağına səbəb olub. Berni növbəti dəfə Sebastyan Fettelin ünvanına xoş sözlər söyləyib və bu gün Almaniyada dərc olunan Bild am Sonntag qəzeti bu barədə yazı dərc edib.

Ekklstoun gənc sürücünü yeni nəslin ən maraqlı sürücüsü adlandırıb və güman edib ki, gələcəkdə alman sürücü Skuderiyada çıxış edəcək: “Mən belə görürəm ki, Sebastyan Ferrari-də çıxış edəcək. Əslində mən bir qədər təəccüblənmişəm ki, indiyə kimi onunla müqavilə bağlamamısınız, amma əminəm ki, belə bir müqavilə bağlanacaq.”

Qeyd edək ki, Fettelin özü də nə zamansa qırmızı maşının sükanı arxasında oturmağı arzulayır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*