B.Ekklstoun: Ferrari-nin liderə ehtiyacı var

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Ferrari-nin liderə ehtiyacı var.

F-1.az xatırladır ki, “qırmızılar” son titullarını 2007-ci ildə əldə ediblər.

Berni Ekklstoun: “Heç kimin xətrinə dəymək istəmirəm, amma Ferrari-nin əsas problemi italyanlardır. Hamı lider olmaq istəyir. Mən demirəm ki, orada italyan olmasın, amma komandada fərqli düşünənlər də – britaniyalılar, almanlar, fransızlar – olmalıdır.

Onlar Jan Totdu da komandaya çağıranda liderlik etməsini istəmirdilər, amma mən onları razı saldım və bu, işə yaradı. İndi isə Mattia Binotto çətin vəziyyətdədir. Komanda lideri olmaq istəyərdimi? Bilmirəm, amma onun vəzifəsi mühəndislik idi.

Ferrari-yə insanları doğru işə yönləndirəcək lider lazımdır. Üç il əvvəl düşünürdüm ki, bunu Flavio Briatore edə bilər. Çünki o, adam seçə bilir. Lakin artıq işi çoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*