Azarkeşlər F1TV-də izləmək istədikləri yarışı seçə bilərlər

Formula1-in rəsmi saytında yeni sorğu yerləşdirilib - azarkeşlər aprelin 15-də çempionatın Youtube kanalında nümayiş etdiriləcək tarixi yarışı seçə bilərlər.

F-1.az xatırladır ki, bundan əvvəl Formula1-in media xidməti 2016-cı ilin Braziliya, 1986-cı ilin Avstraliya, 1996-cı ilin Monako və 1997-ci ilin Xeres yarışlarını yayımlamışdı.

Bu dəfə səsverməyə üç yarış çıxarılıb: 1996-cı ildə İspaniyada yağış altında Mixael Şumaxerdən master-klass (qırmızı kombinezonda ilk qələbə), Williams-ın sürücüləri Nelson Pike və Naycel Mənsellin 1987-ci ildə Silverstounda dueli və yalnız səkkiz sürücünün damalı bayraq gördüyü 1999-cu ilin xaotik Avstraliya Qran Prisi (Eddi Örvaynın karyerasında ilk qələbəsi).

Siz də bu səhifədə öz seçiminizi edə bilərsiniz: SƏS VER

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*