Qış testləri canlı yayımlanacaq

Formula1-in 2019-cu il mövsümöncəsi qış testləri ilk dəfə F1 TV-dən canlı yayımlanacaq.

F-1.az xatırladır ki, qış testləri daha əvvəl televiziyada yayımlanmırdı. Buna səbəb isə komandaların yenilikləri göstərmək istəməməsi idi. Sky Sport 2013-cü ildə ingiltərəli fanatlar üçün testlərdən yayım hazırlasa da, trasdan görüntü verməmişdi.

Liberty Media-nın marketinq direktoru Matt Roberts testlərin canlı yayımlayanacağını təsdiqləyib. Beləliklə, Formula1 fanatları hər iki qış testini də F1 TV-dən izləyə biləcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*