Drive To Survive serialının 9-cu mövsümü anons edilib

Netflix və Formula1 yarış sənədli serialı Drive To Survive-ın 9-cu mövsümünün təqdimatını anons ediblər.

Serialın 9-cu mövsümü Formula1-in 2026-cı il mövsümünə həsr olunacaq və burada yeni reqlamentə keçidlə bağlı çətinliklər, çempionatda yeni komandaların meydana çıxması və əlbəttə, çempionluq uğrunda gərgin mübarizə də daxil olmaqla çox sayda süjet xətti yer alacaq.

Serial striminq platformasında 2027-ci ilin fevral ayının sonu – mart ayının əvvəlində yayımlanacaq, dəqiq tarix isə hələ açıqlanmayıb.

, ,