Sennanı canlandıracaq aktyor məlum olub

Netflix tərəfindən hazırlanacaq məşhur sürücünün həyatından bəhs edəcək mini-serialda onu Qabriel Leone canlandıracaq.

F-1.az xatırladır ki, hələ 2020-ci ildə Netflix platforması üçqat dünya çempionu Ayrton Sennanın karyerası haqqında sənədli film çəkməyi planlaşdırdığını açıqlamışdı. Serial 1981-ci ildə Formula1600-də yarışmaq üçün Böyük Britaniyaya köçən braziliyalı yarışçının 1994-cü ildə Imolada ölümcül qəzaya uğramasına qədər olan həyatından bəhs edəcək.

Ötən il layihənin rejissoru məlum olmuşdu – bu iş Visento Amorimə tapşırılmışdı. İndi də Senna rolunu oynayacaq aktyorun adı açıqlanıb. O, Rio-de-Janeyrodan olan 29 yaşlı Qabriel Leonedir.
Leone üçün bu, avtoidmanla bağlı ilk film işi olmayacaq. Bu il Qabrielin ispaniyalı Formula1 pilotu Alfonso de Portaqonu canlandırdığı Enzo Ferrarinin həyatından bəhs edən film nümayiş olunacaq.
Qeyd edək ki, əvvəlcə Ayrton Sennanın karyerasından bəhs edən serialın səkkiz bölümdən ibarət olması planlaşdırılırdı, lakin sonradan Netflix onu altı seriyaya endirib…
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*