Avstraliya-2019: Üçüncü sərbəst yürüşlər

Melburnda bu səhər də hava dünənki kimi yaxşı olub və bu da komandalara uzun məsafələr qət etməyə və sıralanma turuna yaxşı hazırlaşmağa imkan verib. Maks Ferstappenin maşınında dünən yanacaq sızıntısı aşkarlandığı üçün komanda riskə getməyib və onun şassisini tamamilə dəyişdirib.

F-1.az bildirir ki, Maks yeni şassini yoxlamaq üçün trasa çıxıb, nəticələr qənaətbəxş olub, lakin hollandiyalı sürücü yenidən boksa qayıdıb. Uzun müddət top komandaların sürücüləri sürətli dövrələr vurmaq üçün tələsməyiblər. Fettel bir müddət sonra protokollara başçılıq etsə də, Həmilton onu yenə üstələməyə nail olub.

Sürücülərin nəticələri inkişaf etsə də, qüvvələr nisbətində dəyişiklik görünməyib. Lakin son dəqiqələrdə Haas sürücüləri möhtəşəm dövrələr vuraraq Bottası keçməyə nail olublar. Red Bull sürücüləri sessiya boyu çox da aktiv olmayıblar, ancaq son dəqiqələrdə ilk onluğa düşüblər.

Protokollara bu dəfə də Lyuis Həmilton başçılıq edib – 1:22.292. Sıralanma turu Bakı vaxtı ilə saat 10:00-da start götürəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:22.292 12
2 5 Sebastyan Fettel Ferrari 1:22.556 + 0:00.264 12
3 16 Şarl Lekler Ferrari 1:22.749 + 0:00.457 12
4 8 Roman Qrojan Haas 1:23.112 + 0:00.820 17
5 20 Kevin Maqnussen Haas 1:23.334 + 0:01.042 15
6 10 Pyer Qasli Red Bull 1:23.367 + 0:01.075 17
7 77 Valtteri Bottas Mercedes AMG 1:23.422 + 0:01.130 17
8 26 Daniil Kvyat Toro Rosso 1:23.442 + 0:01.150 16
9 33 Maks Ferstappen Red Bull 1:23.481 + 0:01.189 19
10 3 Daniel Rikkardo Renault 1:23.695 + 0:01.403 14
11 27 Niko Hülkenberq Renault 1:23.737 + 0:01.445 15
12 99 Antonio Covinatsi Alfa Romeo 1:23.831 + 0:01.539 16
13 55 Karlos Sayns McLaren 1:24.049 + 0:01.757 21
14 11 Serxio Peres Racing Point 1:24.082 + 0:01.790 18
15 23 Aleksander Elbon Toro Rosso 1:24.328 + 0:02.036 15
16 18 Ləns Stroll Racing Point 1:24.345 + 0:02.053 16
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:24.402 + 0:02.110 18
18 4 Lando Norris McLaren 1:24.568 + 0:02.276 16
19 63 Corc Rassel Williams 1:25.944 + 0:03.652 14
20 88 Robert Kubitsa Williams 1:26.589 + 0:04.297 16
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*