Alqarve, 21 yanvar

Mart ayında Formula1-də debüt edəcək gənc isveçrəli sürücü Sebastyen Buemi Portimaoda Alqarve avtodromunda keçirilən mövsümün ilk testlərdinə üç gündür ardıcıl […]

Mart ayında Formula1-də debüt edəcək gənc isveçrəli sürücü Sebastyen Buemi Portimaoda Alqarve avtodromunda keçirilən mövsümün ilk testlərdinə üç gündür ardıcıl olaraq liderlik edir, Toro Rosso-nun sükanı arxasında Buemi 128 dövrə vurub və ən sonuncusunda da ən yaxşı nəticə göstərib.

Yağışlı hava proqramın əsas hissəsi olan – sliklərin yoxlanmasına keçməyə imkan vermirdi, amma bu gün günortaya yaxın tras demək olar ki, quruyub və sessiya iştirakçıları vəziyyətdən maksimum yararlanmağa çalışıblar.

Keçənilki STR3-lə işləyən Buemidəm sonra ən yaxşı nəticəyə Niko Rosberq imza atıb, alman sürücü həm də hamıdan çox məsafə qət edib – 143 dövrə. Protokolların üçüncü sətrini dünya çempionu Lyuis Həmilton tutub. Amma səhər britaniyalı sürücünün maşınında problemlər yaşanıb.

Portimaoda bu gün yeni Toyota TF109-u Timo Qlok, yeni Renault R29-u isə Fernando Alonso sınayıblar. Sabah testlər başa çatacaq…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. S.Buemi Toro Rosso Ferrari 1:27.987 128
2. N.Rosberq Williams Toyota + 0:01.742 143
3. L.Həmilton McLaren Mercedes + 0:02.255 81
4. T.Qlok Toyota Toyota + 0:02.891 63
5. F.Alonso Renault Renault + 0:03.756 84

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*