Alonso və Sayns sprintə pit-leyndən başlayacaqlar

Niderlandda sprintin sıralanma turundan sonra Aston Martin və Williams komandaları müvafiq olaraq Fernando Alonso və Karlos Saynsın maşınlarında sazlamaları dəyişiblər.

Bunun üçün komandaların mexanikləri “qapalı park” rejimini pozmalı olublar və cəza olaraq hər iki sürücü pit-leyndən start alacaq.

Sayns və Alonso sprintin sıralanma turunda 18-ci və 22-ci nəticəni göstəriblər. Buna görə də onların vəziyyətinə bu cəzalar ciddi təsir göstərməyəcək, əvəzində bazar günü yarışa hesablanmış fərqli konfiqurasiyanın sazlanmalarını dəyərləndirməyə imkan verəcək.

, ,