21 Sentyabr 2019, Şənbə - 13:11

ABŞ Qran Prisi: Pirelli – Soft və Medium

ABŞ Qran Prisi: Pirelli – Soft və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:42 - 21 Oktyabr, 2015

Keçən il olduğu kimi, Ostində komandalar orta təkər cütlüyünü – Medium və Soft tərkiblərini alacaqlar. F-1.az xatırladır ki, bir il […]

Keçən il olduğu kimi, Ostində komandalar orta təkər cütlüyünü – Medium və Soft tərkiblərini alacaqlar. F-1.az xatırladır ki, bir il əvvəl sürücülərin çoxu yarış məsafəsini iki pit-stopla qət etmişdi – bu dəfə də Pirelli eyni taktikanı ən optimal hesab edir…

Pol Hembri, Pirelli Motorsport: “ABŞ mərhələsi isti qonaqpərvərliyin və fantastik yarış həfətsonunun tərənnümüdür. Bizim üçün, elə bütün Formula1 üçün bu yarış çox vacibdir, çünki Amerika bazarı böyük əhəmiyyət kəsb edir.

Bu trasda təkərlərə yüklənmələrin bütün növləri var, ona görə də biz Medium və Soft tərkiblərini seçmişik, çünki bu tərkiblər bütün tələblərə cavab verməklə geniş hava şəraiti diapazonunda effektiv işləmək üçün kifayət qədər universaldırlar.

Titul uğrunda mübarizə yekun fazasına qədəm qoyub, ona görə də qarşıdakı yarış diqqət mərkəzindədir və Ostin Formula1-in ən yaxşı keyfiyyətlərini nümayiş etdirmək üçün əla yerdir.

Trasın konfiqurasiyası və tərkiblərin seçilməsi ötmələr üçün bə strategiyanın müxtəlif variantları üçün çoxlu imkanlar verir, pit-leyndə minimal vaxt itkisini nəzər alsaq, yarış gözlənilməz nəticə ilə başa çata bilər – elə azarkeşlərə də bu lazımdır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 589
Teqlər , , , , , ,
Paylaş

logo