Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mark Blandell kömək edəcək.
F-1.az xatırladır ki, Blandell 1991-95-ci illərdə McLaren, Tyrrell, Ligier və Brabham komandalarında 61 dəfə starta çıxıb və 3 podium qazanıb. Mark İndyCar seriyasında 3 dəfə titul qazanmaqla “Le Manın 24 saatı” marafonunun 1992-ci ildə qalibi olub.
ABŞ Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Blandell FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyara və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellota kömək edəcək.